Oktyabr ayı ailədaxili zorakılıqlar barədə xəbərdarlıq ayı kimi 1981-ci ildən qeyd edilir. Azərbaycanda belə bir ay, bununla bağlı tədbirlər keçirilirmi?
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova GHT-lərin fəallığından bəhs edib. O, bu təşkilatların müxtəlif layihələr çərçivəsində aksiyalar keçirdiyini bildirib. Mətanət xanım bu ay müxtəlif GHT-lərin müxtəlif vasitələrlə aksiyalar keçirdiyini deyib. O, bunlara kütləvi informasiya vasitələri, sosial roliklər, sosial şəbəkələr, internet vasitəsi ilə tədbirlər daxil edildiyini bildirib.
Hökumətin xəbərdarlıq və ya maarifləndirmə proqramları varmı? Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova nəzərdə bir çox şeyin tutulduğunu, lakin bunların heç birninin real nəticə vermədiyini deyib.
Zorakılığa məruz qalan qadın və uşaqlar üçün xüsusi proqramlar varmı? Maddi, mənəvi və fiziki yardım xidmətləri fəaliyyət göstərirmi? Yardım xəttləri mövcuddurmu?
Mətanət Əzizova deyib ki, qanuna əsasən polisdə xüsusi qurumların yaradılması, qadın polislərin işə cəlb edilməsi, sığınacaqların yaradılması, reabilitasiya mərkəzləri və qaynar xəttin təsisi, habelə xüsusi informsiya bazasının yaradılması və digər ölçülər götürülməli idi. “Lakin yeganə görülən iş zorakılığa məruz qalan uşaq və qadınların müdafiəsi orderi barədə qərar qəbul edilməsidir.” Onun dediyinə görə, ən pisi Cinayət Məcəlləsində döyülmə maddəsinin inzibati cəzaya çevrilməsidir ki, bu da təcavüzkarların yalnız cərimələnməsini nəzərdə tutur.
Bəzi ictimaiyyətlər arasında kişilərin dominantlığı və ya zorakılığı adi hal kimi qəbul edilir? “Bəxdim budur, qəbul etməliyəm” deyənlərə sözünüz nədir?
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, özünə bir insan kimi, bir qadın kimi yox deyənlər övladlarını düşünməlidir.

Your browser doesn’t support HTML5