Azərbaycanda "Qadın üçün" təşəbbüs qrupunun təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Your browser doesn’t support HTML5

Dekabrın 10-da "Qadın üçün" təşəbbüs qrupunun təşkilatçılığı ilə İnsan Hüquqları Gününə həsr edilmiş dəyirmi masa keçirilib. Təşəbbüs qrupu qadınlara qarşı zorakılığın qarşının alınması, hüquq-mühafizə orqanlarının işi barədə danışıb. Qadın üçün təşəbbüs qrupunun rəhbəri Zümrüd Yağmur psixoloji və ya fiziki zorakılığa məruz qalan qadınları müdafiə edərkən təcrübədə yaşanan çətinliklərdən danışıb. Həmçinin iştirakçılar qadınları zorakı şəxslərdən qorumağı hədəfləyən mühafizə orderinin verilməsi qaydalarının dəyişdirilməsindən danışıblar. Qadın üçün təşəbbüs qrupu belə müzakirələrin təşkilini ənənəvi hala çevirməyi, qadınların müdafiəsində qarşılaşdıqları maneələri müzakirə etməyi planlayır.