İyunun 20-si Beynəlxalq Qaçqınlar Günüdür

İyunun 20-si Beynəlxalq Qaçqınlar Günüdür.

BMT-nin təxminlərinə görə, bu gün dünyada 71 milyon insan müharibələr, münaqişələr və böhranlar səbəbi ilə qaçqın düşüb. Bu, 70 il əvvəl BMT-nin Qaçqınlar Komissarlıqğının təsis edilməsindən bəri ən yüksək göstəricidir.

Avropa, ABŞ və Avstraliyanın qaçqın böhranı ilə üzləşdiyi düzgün məlumat deyil. Əslində qaçqınları müharibə gedən ölkələrin qonşuları qəbul edir

Qaçqınların 2/3 hissəsi Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somali kimi 5 ölkənin payına düşür.

Artıq beş ildir ki, qaçqın qəbuluna görə Türkiyə öndə gedir. Bu sırada daha sonra Pakistan, Uqanda, Sudan və Almaniya yer alıb.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin bildirdiyinə görə, statistika gğstərir ki, qaçqın qəbulu problemi zəngin olmayan ölkələrin çiyninə düşüb.

"Avropa, ABŞ və Avstraliyanın qaçqın böhranı ilə üzləşdiyi düzgün məlumat deyil. Əslində qaçqınları müharibə gedən ölkələrin qonşuları qəbul edir. Təssüflər olsun ki, söhbət yoxsul və azgəlirli ölkələrdən gedir. Böhran məhz budur. Diqqət bu məsələyə yönəldilməlidir" - deyə, Qrandi əlavə edib.

Qrandi qeyd edib ki, təkrarlanan köhnə və yeni münaqişilər Afrikanın Səhraaltı ölkələrində baş verir. O, köhnə münaqişələrin baş qaldırdığı ölkələr arasında Somali, Burundi, Konqo Demokratik Respublikası, Cənubi Sudan, yeni münaqişələrin yaşandığı ölkə kimi Kamerunun adını çəkib. Nigeriyada Kamerundan 30 min insan sığınacaq tapıb.

Qrandinin sözlərinə görə, yeni münaqişələr yeni qaçqınlar yaradır. Bunlar həlli tapılmadan artmaqda davam edir.

2018-ci ildə 70 milyon məcburu köçkündən yalnız 600 mini vətəninə qayııdıb.

92400 nəfər digər ölkələrdə yerləşə bilib.