Astana aeroportunda Azərbaycan vətəndaşı saxlanılıb. O, ümumi məbləği 2 mln. dollar olan zərgərlik məmulatını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib. Bu barədə Qazaxıstan KİV ölkənin Sərhəd Xidmətinə istinadən bildirib.
Adı açıqlanmayan Azərbaycan vətəndaşı İstanbuldan Astanaya gəlib. Onun üzərində ümumu çəkisi 48 kq. olan 2 çanta olub. Yükün yoxlanması zamanı 311 adda 11786 ədəd qızıl və gümüş məmulatı (32 kq. və 16 kq.) aşkar edilib.
Cinayət işi qaldırılıb, istintaq gedir