Qabriella Giffordun başından güllə yarası almasından bir il ötür

  • Amerikanın səsi

Qabriella Giffordun başından güllə yarası almasından bir il ötür

ABŞ Konqresinin nümayəndəsi Qabriella Giffordun başından güllə yarası almasından bir il ötür. Bu gün o, Arizona ştatının Tukson şəhərində keçirilən yürüş zamanı baş verən hadisənin ildönümü mərasiminə qatılıb. 41 yaşlı qadın aldığı yaradan sağaldıqdan sonra avqust ayında federal borclara dair qanun layihəsinin səsverməsində iştirak edə bilmişdi.

6 nəfərin ölümünə səbəb olan Ceyrd Lofner günahsız olduğunu bildirir. Şizofreniya diaqnozu qoyulan həmin şəxs cinayət baş verən gündən bəri həbsdədir.

Öldürülənlər arasında federal hakim və 9 yaşlı qız da var. Onlarla insan xəsarət almışdı.

Qabriella Giffordun noyabr seçkilərinə qatılıb-qatılmayacağı barədə heç bir bəyanat verməyib.