İran Azərbaycanının Zəncan vilayətindən olan siyasi fəal Pərisa Rəfii bir il həbs cəzasının cəzasının tətbiq edilməsi məqsədi ilə Tehranın Evin həbsxanasına köçürülüb.
Bu haqda İranda insan haqları sahəsində fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Tehran İnqilab Məhkəməsi tərəfindən Rəfii üçün 7 il həbs və 74 şallaq cəzası hökmü Tehran Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış və İran Ali Məhkəməsi həmin hökmü təsdiqləmişdi, ancaq keçən il noyabrın 24-də digər dörd universitet tələbəsinə verilən əfv ilə birgə Rəfiinin də 7 illik həbs hökmü bir ilə endirldi. Pərisa Rəfiinin xalası Səfiyə Qarabağı öz İnstagram səhifəsində xanım Rəfinin həbs edilməsi xəbərini paylaşaraq yazıb ki, “Həbs olunduğu müddətdə bakirəliyini sınamaq üçün test edilməyə, edam edilmə və dırnaqlarının çəkilərək işgəncə edilməsi kimi hədələnərək təzyiqlərə məruz qalıb.”
Pərisa Rəfii 2018-ci il fevralın 25-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 23 gün naməlum yerdə nəzarət altında sorğu-sual edildikdən sonra zəmanət qarşığılığnda müvəqqəti olaraq sərbəst buraxılmışdı. İlkin məhkəmədə xanım Rəfiiyə qarşı "ictimai asayişi pozmaq", "sistemə qarşı təbliğat aparmaq" və "qeyri-qanuni toplaşma" ittihamları irəli sürülərək suçlanmışdı.
Tehran vilayətinin Apellyasiya Məhkəməsi isə heç bir mühakimə iclası keçirmədən fəalın hökmünü qiyabi şəkildə təsdiqləmişdi.
SEE ALSO: Pərisa Rəfiinin 7 il həbs və 74 qamçı cəzası qüvvədə saxlanılıbTehran Universitetində incəsənət ixtisası üzrə təhsil alan siyasi fəal Pərisa Rəfii İranda 2018-ci ildə kütləvi etirazlardan sonra tutulmuşdu. Xanım Rəfiinin təhlükəsizlik qüvvələri tərəfindən kütləvi etirazlardan sonra Tehran Universitetində bir çox tələbə fəalların həbs edilməsi ilə əlaqədar olaraq saxlanıldığı güman edilir.