Pxenyan müharibə təhdidlərini davam etdirdiyi bir vaxt, ABŞ və Cənubi Koreya qüvvələri Şimali Koreyanın mümkün raket sınaqları ərəfəsində yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bu gün Şimali Koreya düşmən mövqelərini alov dənizinə döndərə biləcək güclü hücum vasitəsinə malik olduğunu bildirib, lakin təfərrüata varmayıb.
Bu yaxınlarda keçiriləcək raket sınağına istinad edən bu bəyanat Cənubi Koreya ilə münasibətləri araşdıran qeyri-hərbi agentlik tərəfindən verilib.
Cənubi Koreyanın müdafiə nazirliyi bu gün ölkənin Şimali Koreyanın raket hücumlarını susdurmağa tam qadir olduğunu bildirib. Cənubi Koreyanın sözçüsü Kim Min-seok deyib ki, raketdən müdafiə sistemləri sərhədi keçəcək hər bir raketin qarşısını almağa hazırdır.
Cənab Kim Seulun raket sınağının bazar ertəsi, Şimali Koreyanın kommunist banisi Kim İl Sunqun doğum günü və ya o gündən əvvəl başlanacağını ehtimal edir. Bu tarix Şimali Koreyanın təqvimində ən mühüm tarixlərdən biridir.
Yaponiyanın Kyodo xəbər agentliyi adı gizli saxlanılan Tokiyo müdafiə qüvvələrinin rəsmisinə istinadən bildirib ki, Şimali Koreya raketləri qaldırılmış vəziyyətdə dayanıb. Cənubi Koreyanın Müdafiə Nazirliyi bu xəbərə dair izahat verməkdən boyun qaçırıb.
Regionda Amerika mövqelərini vurmaq qabiliyyətini nümayiş etdirmək üçün Şimali Koreya bir neçə orta-mənzilli raketlərini şərq sahillərinə köçürüb.