Talış dilində dərc olunan “Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov saxlanılıb. “Bu gün o, naməlum şəxslər tərəfindən oğurlanıb”, deyə Sülh və Demokratiya İnstitutunun (SDİ) bəyanatında deyilir.
Hilal Məmmədov bu yaxınlarda İnternetdə səs-küy yaradan və Rusiya müxalifətinin istifadə etdiyi “Putin, hələlik!” video süjetinin müəllifidir. Məmmədov bu süjeti çəkərək, İnternetə yerləşdirib, bundan sonra Rusiya telekanalları bu barədə bir neçə reportaj hazırlayıb.
Cənab Məmmədovun yaxınlarının verdiyi məlumata görə, o, səhər saat 10 radələrində evdən çıxaraq, qohumuna baş çəkmək üçün Neftçilər xəstəxanasına gedib. 11.30-da Məmmədov evə zəng edərək, yarım saat sonra qayıdacağını bildirib, bundan sonra yoxa çıxıb.
“Saat 14.00-dan 15.30-a qədər mobil telefonuna edilən zənglərə naməlum kişi səsi cavab verərək, Hilal Məmmədovun həkim tərəfindən müayinə olunduğunu, telefona cavab verə bilməyəcəyini deyib. 15.30-dan sonra telefon söndürülüb. 16.20-də Moskva nömrəsindən zəngə (Hilal Məmmədovun qardaşı zəng edib) Hilalın polis tərəfindən saxlanıldığını bildiriblər və heç bir izahat verməyiblər”, deyə
SDİ-nin bəyanatında bildirilir.
Yalnız 17.30-da paytaxt polisindən Məmmədovun qanunsuz narkotik saxlamaq ittihamı ilə saxlandığını təsdiq ediblər.
SDİ buna vətəndaş fəalına qarşı təzyiq kimi baxır və hakimiyyətdən Məmmədovu dərhal azad etməyi tələb edir.
SDİ həmçinin xatırladır ki, 2008-ci ilin fevralında “Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru, professor-linqvist Novruzəli Məmmədov saxlanılıb. Sonradan o, saxta İranın xeyrinə casusluq ittihamı ilə 10 il müddətinə həbs olunub və işgəncələr nəticəsində həbsxana xəstəxanasında vəfat edib.