Rusiya Dövlət Başçısı Vladimir Putinin keçmiş Şərqi Alman gizli polis şəxsiyyət vəsiqəsi 1980-ci illərdə KQB zabiti olaraq vəzifə yerinə yetirdiyi Drezden arxivlərindən tapılıb.
The Bild qəzeti dekabrın 11-ində Mayor Vladimir Putinin imzalanmış və 1989-cu ilədək etibarlı olan vəsiqəsinin şəklini paylaşıb.
Sənəd Stasi adlanan, Şərqi Almaniyanın Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində digər faylların içərisində “kadrlar və təhsil” bölməsində tapılıb.
"Vəsiqə Putinə Stasi baş qərargahına sərbəst giriş-çıxışa, Stasi məxfi polis qüvvələrinin yoxlama postlarından rahat keçidə kömək edib," Stasi arxivinin Drezden filialının rəhbəri Konrad Felber deyir.
Felber əlavə edib ki, bu, onun Şərqi Almaniyada yeni agentləri işə cəlb etməsini sadələşdirib, çünki Putinin KQB-də üzvlüyü vəsiqədə qeyd edilmir.
Felber deyir ki, vəsiqənin olması Putinin hökmən bədnam şərqi alman kəşfiyyat orqanına işləməsini sübut etmir.
Kreml rəsmisi Dmitri Peskov deyib ki, Putinin Stasi vəsiqəsinin olması mümkündür.
"KQB və Stasi o zamanlar tərəfdaş xidmətlər olub. Buna görə də bu növ vəsiqələrin müştərək istifadəsi istisna deyil," Peskov dövlət xəbər aqentliyi TASS-a deyib.
KQB və Stasi o zamanlar tərəfdaş xidmətlər olub. Buna görə də bu növ vəsiqələrin müştərək istifadəsi istisna deyil.Dmitri Peskov, Kreml sözçüsü
Putin Drezdenə kommunist Şərqi Almaniyaya 1980-ci illərin ortalarında səfər edib.
Rusiya prezidenti o zamankı həyat yoldaşı Lyudmila Putina ilə Drezdendə 5 il yaşayıb.
Vladimir Putinin ikinci uşağı 1986-cı ildə Drezdendə doğulub.