Ərdoğan razılaşmanı `tarixi`, Putin `əhəmiyyətli` adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyadakı kürd döyüşçülərinə qarşı hərbi əməliyyatına son qoyulmasını `tarixi`, Rusiya prezidenti Vladimir Putin isə `əhəmiyyətli` adlandırıb.

Ankara razılaşmaya əməl olunmadığı təqdirdə hərbi əməliyyatların yenidən başlanacağı ilə bağlı xəbərdarlıq edib.

Türkiyənin təhlükəsizliyi ilə bağlı problemlərin həlli istiqamətində razılıq çərşənbə axşamı Rusiyanın Qara Dəniz sahilindəki kurort şəhəri Soçi şəhərində imzalanıb.

Müqaviləyə əsasən, Ankara Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) əsas qolu olan Suriyanın kürd YPG döyüşçülərinin Türkiyə sərhədindən 30 kilometr geri çəkilməsinə imkan vermək üçün 150 saatlıq atəşkəsə razılıq verib.

Keçən həftə Türkiyə Suriyanın şimal-şərqindəki kürd döyüşçülərə qarşı hərbi əməliyyatlara başladı. Ankara YPG-ni Türkiyəyə qarşı on illərdir üsyan edən PKK ilə əlaqəli terror təşkilatı kimi tanıyır.

Soçi razılaşması Ankaranın Vaşinqtonla razılaşmasından daha əhatəlidir. 10 bəndlik plana əsasən Türkiyə və Rusiya patrulları Türkiyə sərhədində Suriyanın 10 kilometrlik bufer zonasında keşik çəkəcək.