Putin Ukraynanın şərqində Rusiya pastportlarının verilməsini asanlaşdırır

Rusiya prezidenti Vladimir Putin Ukraynın şərqində separatçıların nəzarətində olan ərazilərin sakinlərinin Rusiya vətəndaşlığı almasını asanlaşdıran sərəncam imzalayıb.

Sənəddə deyilir ki, sadələşdirilmiş vətəndaşlıq hüququ insan hüquqları və azadlıqlarının müdafiəsi üçün “humanitar məqsədlərlə” veriləcək. Vətəndaşlıq üçün müraciət etmək istəyənlər ərizələri və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan “Donbas Xalq Respublikası” və “Luqansk Xalq Resublikası” tərəfindən həmin şəxslərin orada yaşadığını təsdiq edən sənədlərini Rusiya Daxili İşlər Nazirliyinin şöbələrinə göndərə bilərlər. Ərizlərə üç ay müddətində baxılacaq.

Putin aprelin 17-də Donbas, Cənubi Osetiya və Abxaziya respublikalarına nəzarət edən prezident idarəsinin rəhbərini vəzifəsindən azad edib. Prezidentin fərmanı ilə Oleq Qovorunun yerinə Aleksey Filatov təyin edilib.

Donbas

Bundan öncə kütləvi informasiya vasitələrində və Kremlə yaxın kanallarda Rusiyanın Donbasın Ukraynanın nəzarətində olmayan hissələrində sakinlərə pasportların verilməsini planlaşdırdığı haqda məlumatlar yayılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu planlar haqda məlumatı olmadığını bildirib.

Hakimiyyətdən getməkdə olan Ukrayna prezidenti Petro Poroşenko və yeni seçilmiş prezident Vladimir Zelenski Moskvanın Donbas sakinlərə Rusiya pasportlarının verilməsi prosedurunu yüngülləşdirilməsindən sonra Rusiyanın Ukraynanın şərqində təcavüzünü pisləyən bəyanatla çıxış ediblər.

Poroşenko bəyan edib ki, Kremlin hərəkətləri beynəlxalq qanunun pozulmasıdır. Zelenski Rusiyanı Ukraynaya qarşı müharibə aparmaqda ittiham edib.