Putin: Rusiya Donald Tramp administrasiyası ilə əməkdaşlığa hazırdır

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın növbəti prezidenti Donald Tramp administrasiyası ilə əməkdaşlığa hazır olduğunu və qarşılıqlı mənfəət əsasında ölkələr arasında münasibətlərin normallaşmasının vacibliyini bildirib.

İllik hesabat məruzəsi zamanı Putin qlobal və regional məsələlərdə Rusiya-ABŞ əməkdaşlığının bütün dünyanın mənafeyinə xidmət edəcəyini deyib.

Dövlətlərimiz beynəlxalq sabitlik və təhlükəsizliyin qorunması kimi ortaq məsuliyyətləri bölüşür

​"Dövlətlərimiz beynəlxalq sabitlik və təhlükəsizliyin qorunması kimi ortaq məsuliyyətləri bölüşür. Strateji paritetin pozulması ciddi təhlükə olmaqla yanaşı, qlobal fəlakət yarada bilər" -deyə Rusiyanın dövlət başçısı bildirib.

Putin deyib ki, Amerika ilə tərəfdaşlıq uydurma təhlükələr deyil, beynəlxalq terrorizm kimi real probelimlə mübarizəni gücləndirə bilər. O, Rusiya ordusunun Suriyadakı missiyasının uğurunu qeyd edərək, terrorçulara əhəmiyyətli dərəcədə ziyan vurulduğunu deyib.

Donald Tramp

Seçkiqabağı kampaniyaları zamanı Donald Tramp Putinin liderliyini alqışlayaraq, demokrat namizəd Hillari Klintonu onun haqda nalayiq danışmaqda ittiham etmişdi.

Trampın zəfərindən bir neçə gün sonra Kreml bildirmişdi ki, Putinlə Tramp telefon söhbəti zamanı ABŞ-Rusiya münasibətlərinin qənaətbəxş olmadığında və əlaqələrin normallaması iqtiqamətində çalışmağa razılaşıb.

Putin bugünkü çıxışı zamanı Rusiyanın Çinlə münasibətlərinə də toxunaraq, Rusiya-Çin tərəfdaşlığı və strateji əməkdaşlığının qlobal və regional sabitiliyin əsasını təkil etdiyini bildirib.