Rusiya prezidenti gələn həftə Misirə səfər edəcək

Kreml Rusiya prezidentinin gələn həftə Misirə səfər edəcəyini bəyan edib. Vladimir Putinin o ölkə liderləri ilə siyasi və iqtisadi sahələrdə əməkdaşılığın genişləndirilməsi, habelə energetika və ticarət əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəyi bildirilib.

Bazar ertəsi Misir prezidenti Əbdel Fəttah Əl-Sissi ilə planlaşdırılan görüş zamanı Yaxın Şərq və Şimali Afrika ölkələrinin sabitliyi və təhlükəsizliyi kimi məsələlər gündəmdə olacaq.

Putinin səfəri Rusiya hökumətinin ötən həftə Moskva ilə Qahirə arasında Rusiya təyyarələrinin Misirin hava bazasından istifadə etməsinə dair razılıq hazırlandığını elan etməsindən sonraya təsadüf edir.

Razılıq Moskvanın Suriyadakı kampaniyasından sonra hərbi mövculuğunu artırmaq istəyinə işarədir.

Sissi Misirin Rusiya ilə hərbi əməkdaşlığı genişləndirərək Moskvadan silah alınmasına dair razılıq əldə edib.