Rusiya prezidenti Vladimir Putin amerikalıların rusiyalı uşaqları övladlığa götürməsini qadağan edən qanunu dəstəkləyib.
Bu gün Moskvada keçirilən mətbuat konfransında çıxış edən cənab Putin Dövlət Duması tərəfindən dünən qəbul edilən qanunun insan haqlarını pozduqları ehtimalı ilə Rusiya rəsmilərinə sanksiyalar tətbiq edən ABŞ qanununa emosional cavab olduğunu etiraf edib.
Prezident Dövlət Dumasının qərarının məqsədyönlü olduğunu deyib.
Qanuna 2008-ci ildə amerikalı ailə tərəfindən övladlığa götürülən Dima Yakovlevin adı verilib. Amerikalı ailəsi onu isti hava şəraitində bir neçə saat bağlı yerdə saxladıqdan sonra uşaq keçinib.
Rusiyanın dövlət başçısı ABŞ məhkəmələrini himayələri altında olduğu müddətdə rus uşalqarın ölümü ilə bağlı lazımi hökmlər çıxarmamaqda və Rusiya rəsmilərinin müşahidəçi qismində məhkəmələrdə iştirakına yol verməməkdə günalandırıb.