Putin Qərbi təhdid edir
Your browser doesn’t support HTML5
Rusiya prezidenti Vladimir Putin Rusiya parlamenti qarşısında illik hesabat məruzəsində Qərbə, xüsusilə də Vaşinqtonun Avropada nüvə raketləri yerləşdirdiyi halda, Birləşmiş Ştatlara "assimmetrik cavab" verməklə təhdid edib. NATO-ya qarşı yönəlmiş bir sıra təhdidlər arasında Rusiya lideri həmçinin ölkəsinin qarşıdurma istəmədiyini deyib və ABŞ-ın Moskvanın narahatlıqlarını ünvanlamadığı təqdirdə Qərbdə “ qərarların verildiyi mərkəzlərin hədəf alınacağını bildirib. NATO Rusiyanın bu təhdidlərini qəbuledilməz adlandırıb.