Putin Qərbi beynəlxalq böhranları dərinləşdirməkdə ittiham edib

Rusiya prezidenti Vladimir Putin Avropa Birliyinin Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyalarını absurd adlandırıb.

O, yanvarın 11-də Almaniyanın “Bild” qəzetində dərc edilmiş müsahibəsində deyib ki, Avropa Birliyi bu sanksiyalarla absurd tamaşadan başqa heç nəyə nail olmur.

2014-cü ildə Krımın Ukraynadan ayrılması və Rusiyaya birləşməsi ilə bağlı referenduma gəldikdə isə Putin bunu demokratiya, xalqın iradəsi adlandırıb.

Putin həmçinin keçmiş Sovet İttifaqının dağılmasından sonra NATO-nun Rusiyaya tərəf genişlənməsini tənqid edib və Qərbi soyuq müharibə dövründən sonra beynəlxalq böhranları dərinləşdirməkdə ittiham edib.

O, qeyd edib ki, əgər Qərb Yaxın Şərqin siyasətinə müdaxilə etməsəydi, bu gün Avropada belə böyük miqrant problemi olmazdı.