Vladimir Putin: Rusiya ilə Qərb arasında əlaqələrin normallaşdırılmasına heç nə mane olmamalıdır

Rusiya prezidenti bildirib ki, Rusiya ilə Qərb arasında əlaqələrin normallaşdırılmasına heç nə mane olmamalıdır.

Vladimir Putin normallaşma prosesinin yalnız Rusiyadan asılı olmadığını deyib. O, Qərbin də addımlar atmasının vacibliyini vurğulayıb. Putinin bəyanatı Rusiyanın xəbər və televiziya gentlikləri tərəfindən yayılıb.

ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynada gərginliklərin azaldılması sahəsində lazımi addımlar atmadığı təqdirdə, o ölkəyə qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirib.

Prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays Ağ Evdə müxbirlərə deyib ki, ABŞ Rusiyaya üzərinə düşən öhdəliklərə əməl etməsə Avropa tərəfdarşları ilə əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu aydın şəkildə bildirib.

Süzan Raysın sözlərinə görə, hadisələr hərbi qüvvələrin yerləşdirilməsi kimi ciddi bir mərhələyə çatsa, Rusiya iqtisadiyyatının çox mühüm sahələrini hədəf alan sanksiyalar tətbiq edilə bilər.