Putin: Prezident olduğum müddətdə gey nikahları qanuniləşməyəcək

LGBT icmasının üzvü Rusiya səfirliyinin qarşısında Rusiyada gey cəmiyyətinə qarşı davamlı ayrıseçkilik və zorakılığa etiraz olaraq Rusiya Prezidenti Vladimir Putinin şəkli olan plakat qaldırıb. Moskva, Qırmızı Meydan, Rusiya, 14 iyun 2018

Prezident Vladimir Putin cümə axşamı bildirib ki, o, Kremldə olduğu müddətdə Rusiyanın gey nikahlarını qanuniləşdirməyəcək.

O, açıq şəkildə bildirib ki, bu ölkdəki ənənvi ana və ata anlayışının"valideyn 1" və "valideyn 2" fikriləri ilə məhv edilməsinə imkan verməyəcək.

""Valideyn 1" və "valideyn 2" məsələsinə gəldikə mən artıq bu barədə açıq danışmışam və bir daha təkrar edirəm: prezident olduğum müddətdə bu, baş verməyəcək. Ata və ana olacaq” - deyə, o bildirib.

Hakimiyyətdə olduğu son 20 il ərzində Putin özünü pravoslav kilsəsi ilə yaxından əlaqələndirərək homoseksuallıq və cins dəyişikliyinə münasibət də daxil olmaqla, Rusiyanı liberal Qərb dəyərlərindən uzaqlaşdırmağa çalışıb.

Putin Rusiya Konstitusiyasındakı dəyişiklikləri müzakirə etmək üçün dövlət komissiyası ilə görüşərkən bu fikirləri səsləndirib.