Putin və Ərdoğan arasında Soçidə görüş keçirilib

Soçidə Rusiya prezideti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Putin bildirib ki, Rusiya və Türkiyə arasında münasibətlərin tamamilə bərpa olunduğunu demək mümkündür.

Rusiya lideri deyib ki, Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 2016-cı ildə 30 faiz təşkil edirdisə, cari ilin doqquz ayı ərzində qarşılıqlı ticarət 38 faiz artıb. O əlavə edib ki, Rusiya və Türkiyə Suriya böhranının həlli və təhlükəsizlik məsələləri də daxil olmaqla, bütün istiqamətlərdə sıx əməkdaşlığı davam etdirir.

Türkiyə prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Suriya münaqişəsinin hərbi həlli olmadığına dair birgə bəyanatından sonra Rusiya və Amerika hərbi qüvvələrinin Suriyadan çıxarılmasına çağırıb. Ərdoğan bu açıqlamanı Rusiyaya səfərə çıxmazdan öncə İstanbulda verib.

Kremlin verdiyi məlumata görə, Putin və Ərdoğan arasında danışıqlarda regional və beynəlxalq məsələlər müzakirə olunub. Terrorizmə qarşı mübarizə və Suriyada altı ildən artıqdır davam edən vətəndaş müharibəsinə son qoyulması istiqamətində səylər danışıqlarn diqqət mərkəzində olub.

Risiya və Türkiyə arasında münasibətlər 2015-ci ildə Türkiyə hərbi hava qüvvələrinin Suriya sərhədi yaxınılığında Rusiyanın hərbi təyyarəsini vurub salmasından sonra kəskin pisləşmişdi. Lakin buna baxmayaraq, həm Putin , həm Ərdoğan münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atmışdı. Rusiya və Türkiyə İranla bərabər Qazaxıstan paytaxtı Astanada Suriya böhranının həlli məqsədilə bir neçə raund danışıqlar keçirib. Soçiyə yola düşməzdən əvvəl Ərdoğan müxbirlərlə söhbətində Putini “mənim əziz dostum” adlandırıb.

Lakin bir sıra təhlilçilərin fikrincə, iki lider arasında hərarətli görüşə baxmayaraq, ölkələr arasında yaxınlaşma prosesi yavaş gedir və bəzi gərginliklər hələ də qalır.

Soçi görüşü Moskvanın Astanada Suriya böhranı ilə əlaqədar beynəlxalq danışıqların növbəti raundunu təxirə salmağa məcbur olmasından sonra tələsik təşkil edib. Türkiyə Rusiyanın Suriya kürdlərinin PYD qrupunu dəvət etdiyinə görə danışıqları boykot etməklə hədələyib. Ankara PYD-ni Türkiyədə on illərdir silahlı mübariəz aparan, fəaliyyəti qadğan olmuş PKK ilə əlaqədar olmaqda ittiham edir.