Vladimir Putin Suriyaya gözlənilməz səfər edib

Prezident Vladimir Putin Rusiyanın Suriyadakı hərbi qüvvələrinin çox hissəsinin çıxarılacağını bəyan edib. Putin bu açıqlamanı bu gün, Rusiyanın Lakatiya vilayətindəki Hemeimen hərbi hava bazasına gözlənilməz səfəri zamanı verib. Rusiya prezidenti Suriya prezidenti Bəşar Əl-Əsədlə də görüşüb.

Rusiya ordusu Suriyadakı münaqişədə Əsəd ordusuna dəstəyə 2015-ci ilin sonundan başlayıb.

Cənab Putin bugünkü şərhində Rusiya və Suriya ordusunun dünyanın ən təhlükəli islamçı terror qrupu olan İŞİD-i məğlub etdiyini deyib.

Rusiyanın dövlət başçısı bildirib ki, ölkəsinin Suriyadakı qoşunlarının böyük hissəsinin çıxarılmasına göstəriş verib.

O, bu gün Türkiyə, Suriya və Misirdə olub, siyasi, iqtisadi və hərbi məsələləri görüşlərinin gündəminə salıb.

Suriyanın dövlət mediası Əsədin Suriyadakı terrora qarşı mübarizədə Rusiyanın rolunu yüksək qiymətləndirdiyini və bu ölkəyə təşəkkür etdiyini, eləcə də Suriya xalqının Rusiya ordusunun bu ölkədəki nailiyyətlərini unutmayacağını bildirib.

Rusiya Suriyadakı Hemeimem və Tartus Hərbi Dəniz Qüvvələri Bazasını saxlamağı planlaşdırır.