Çinin tanınmış insan haqları müdafiəçisi məhkum edilib

Pekin məhkəməsi çərşənbə günü tanınmış insan haqları müdafiəçisi Pu Tsiqianqı “millətlərarası ədavətin qızışdırılmasında” və təşviş yaratmaqda təqsirli bilib. Məhkəmə ona üç illik şərti cəza verib . Bu isə o deməkdir ki, əgər Tsinqianq şikayət etməsə on gün ərzində azadlığa buraxıla bilər.

Çinin dövlət mediası Pekinin ikinci vasitəçi xalq məhkəməsi 50 yaşlı Punu Çinin sosial mediası olan Weibo-dakı bir sıra paylaşmaları əsasında onun günahkar olduğuna dair qərar çıxarıb. Onun sosial mediadakı statuslarında Çin höküməti və ölkə rəsmilər, əsasən də Çinin Tibet və Sinjianda apardığı siyasəti tənqid etdiyi deyilir.

İnsan haqları qrupları ittihamı qınasalar da, Amnesty International təşkilatının nümayəndəsi William Nee deyib ki, nəticə Pu üçün daha da pis ola bilərdi.

Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Honq Lei Punun işinin standart prosedurlara uyğun olaraq aparıldığını və xarici hökümətlərin bu prosedurlara hörmət etməli olduqlarını bildirib.

ABŞ rəsmiləri də Punun azadlığa buraxılmasına çağırıb və onun qeyri-müəyyən ittihamlarla mühakimə olunduğunu deyib.

Ötən həftə keçirilən açıq məhkəmə prosesində Pu onlayn yerləşdirdiyi "kəskin, acı və bəzən kobud" şərhlərlərə görə təhqir olunan hər bir kəsdən üzr istəməyə hazır olduğunu bildirib, amma yazılarının digər iki ittihama əsas vermədiyini iddia edib.

Punun Çin konstitusiyasının onun söz azadlığına təminat verdiyini hesab etməsinə baxmayaraq, o, apelyasiya məhkəməsinə müraciət etmək fikrində olmadığını bildirib.