Psy-ın YouTube rekordu

Cənubi Koreyanın pol ulduzu Psy (Psesuayi ) və onun "Gangnam Style" videosu YouTube-da ilk dəfə olaraq bir milyard seyrçisi ilə önə keçib.

İyul ayında YouTube-a yerləşdirilən bu videoya görə 34 yaşlı müğənni Amerikada böyük şöhrət qazanıb. O, noyabr ayında Avropanın MTV musiqi mükafatına layiq görülüb.

Rolling Stone jurnalı Psy-ın "Gangnam Style" mahnısına 2012-ci ilin ən yaxşı mahnıları arasında 25-ci yeri verib.

http://www.youtube.com/embed/9bZkp7q19f0