Asiya Sakit Okean regionunda 21 iqtisadiyyatın liderlərinin görüş keçirdiyi San-Fransiskoda bu həftə 20 mindən çox insanın toplanacağı gözlənilir. Fəallar bu görüşü öz səslərini eşitdirmək üçün bir fürsət kimi qiymətləndirirlər.
Etirazçılar səkiləri vururlar... və 21 Asiya Sakit Okean iqtisadiyyatının liderlərinin onların söyləmək istədiklərini eşidəcəkləri ümidi ilə səslərini ucaldırlar.
Bəziləri böyük qrup halında yüksək səslə…
Amma burada sükutla daha şəxsi bir etiraz keçirilir….
Burada iqlim, İsrail-HƏMAS müharibəsi, Myanmada ordu liderlər və etnik qruplar arasında münaqişə barədə danışmaq üçün toplaşan insanlar var.
Koko Ley Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının bütün liderlərinə qarşı nümayiş keçirir.
“Onlar Birmaya silah satırlar, xüsusilə də rus silahlar,– ikincisi Çin, Tailand və Hindistan da,” Koko Ley deyir.
Bəzi insanlar isə ona görə etiraz edirlər ki, prezident Co Bayden və Çin lideri Şi Tsinpin arasında görüş onların səslərini duyurmaq üçün bir fürsətdir.
Jenq Vey deyir ki, Çində sərt COVID-19 tədbirləri onun ailəsi ilə birlikdə Çini tərk etməsinin səbəbilərindən biridir.
“Mən Los-Ancelesdən San Fransiskoya digər demokratiya tərəfdarı fəalların yanında olmaq üçün gəlmişəm. ” o deyir.
San Fransiskonun meri deyir ki, şəhər insanların fikirlərini çatdırmaq hüququnu dəstəkləyir.
“Biz insanların bizim dinc etirazı dəstəklədiyimizi bildiyindən əmin olmaq istəyirik, ona görə hər hansı zorakılıq və ya əmlakın məhv edilməsinə dözümlü yanaşmayacağıq,” London Brid deyib.
Şəhərdə dünya liderləri, habelə fəalların təhlükəsizliyini təmin etmək üçün baryerlər quraşdırııb və yüzlərlə əlavə hüquq-mühafizə orqanı əməkdaşı səfərbər edilib.