Baş Prokurorluq və DİN minaya düşənlər barədə açıqlama verib

Azərbaycanın Baş Prokurorluğu

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxıb. Onların ikin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olduqdan sonra hər iki şəxsin axtarılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılmağa başlanılıb.

24 sentyabr 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olan məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki minalanmış ərazidə Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.

İlkin ehtimala görə, sözügedən şəxslər minayə düşmələri nəticəsində vəfat edib.

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib.

Həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilir.