O,müraciətdə Orxan Zeynalovun cinayət işinin obyektiv və ədalətli araşdırılmasını istəyib
Azərbaycanın baş prokuroru Rusiya Federasiyası Baş prokuroruna və Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinə müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə verdiyi məlumata görə müraciətdə Orxan Zeynalovun Rusiya Federasiyasının vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqının cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması qeyd olunub.
Müraciətdə həmçinin O. Zeynalova qarşı yol verilmiş hüquqazidd hərəkətləri qəti şəkildə pisləyərək, tutularkən onun təqsirsizlik prezumpsiyasının pozulması, həmçinin cinayət işinin istintaqının beynəlxalq konvensiyaların tələbləri gözlənilməklə hüquqi müstəvidə araşdırılması barədə Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin Rusiya tərəfinə edilmiş müraciətlərini həmkarlarına xatırladıb.
Zakır Qaralov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında» Konvensiyası və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərini, O.Zeynalova qarşı yol verilmiş qanunazidd hərəkətlərin həm Rusiyada, həm də Azərbaycanda ictimaiyyət arasında geniş rezonans doğurmasını rusiyalı həmkarı və Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinin diqqətinə çatdıraraq, müraciətində qanunun aliliyinin təmin edilməklə O.Zeynalovun hüquq və azadlıqlarının qorunmasını, onun vəkillə, tərcüməçi ilə təmin edilməsini, həmçinin gələcəkdə ona qarşı işgəncənin və ləyaqəti alçaldan rəftara yol verilməməsini və belə hərəkətlərin qarşısının alınmasını xüsusi vurğulayıb.