Prokuror jurnalistin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Your browser doesn’t support HTML5

İyunun 18-də Xətai rayon məhkəməsində prokuror “Azadlıq” qəzetinin reportyoru Təzəxan Mirələmlinin bloger olduğunu iddia edən Ata Abdullayevin iddiası əsasında bir il müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib. Proses iyunun 25-də müdafiə tərəfin çıxışı ilə davam edəcək. Təzəxan Mirələmli özünü təqsirli bilmədiyini bildirib və məhkəmədə ifadə verməkdən imtina edib. Mirələmli Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. İddia predmeti bu il fevralın 26-da AXCP fəalları Xocalı soyqırımı qurbanları abidəsini ziyarət edərkən baş vermiş hadisə olub.