Kreml tərəfdarı yazıçı avtomobilinin partlaması nəticəsində xəsarət alıb

Zaxar Prilepin. 21 fevral, 2017.

Şənbə günü Rusiyada tanınmış Kreml tərəfdarı yazıçının maşını partlayıb. Nəticədə yazıçı və onun sürücüsü xəsarət alıb. Bu barədə Rusiya dövlət xəbər agentliyi Tass fövqəladə və hüquq mühafizə xidmətlərinin rəsmilərinə istinadən xəbər verib.

Tanınmış millətçi yazıçı və Kremlin Ukraynada “xüsusi hərbi əməliyyat”ının dəstəkçisi Zaxar Prilepinin içində olduğu maşın Moskvadan təxminən 400 kilometr şərqdə yerləşən Nijnı Novqorod şəhərində partlayıb.

Bu, Ukraynada müharibə başlayandan bəri tanınmış Kreml tərəfdarının cəlb olunduğu üçüncü partlayışdır.

2022-ci ilin avqustunda Moskva yaxınlığında maşının partlaması nəticəsində tez-tez "Putinin beyni" adlandırılan nüfuzlu rus siyasi nəzəriyyəçinin qızı Daria Dugina həyatını itirib. Rəsmilər partlayışın arxasında Ukraynanın olduğunu iddia edir.

Ötən ay isə Sankt Peterburqda bir kafedə partlayış tanınmış hərbi bloger Vladlen Tatarskinin ölümünə səbəb olub. Rəsmilər buna görə də, Ukraynanın kəşfiyyat agentliklərini günahlandırıb.

Nijni Novqorod bölgəsinin qubernatoru Qleb Nikitin deyib ki, Prilepində kiçik sümük sınıqları əmələ gəliv və ona tibbi yardım göstərilib.

Rusiyanın RBC xəbər orqanı adı açıqlanmayan mənbələrə istinadən deyib ki, Prilepin şənbə günü Ukraynanın bir hissəsi işğal olunan Donetsk və Luhansk regionlarından geri dönürdü və Nijni Novqorodda yemək üçün dayanıb.

Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk deyib ki, şübhəli şəxs saxlanılıb. Rusiya xəbər orqanları onun Ukrayna əsilli biri olduğunu və daha öncə oğurluq təqsirli bilindiyini bildirib.

Prilepin 2014-cü ildə, Putin qanunsuz olaraq Krım yarımadasını ilah edəndən sonra Rusiya Prezidenti Vladimir Putini dəstəkləməyə başlayıb. O, Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separtçıların tərəfindən münaqişəyə cəlb olunub. Ötən il isə o, Rusiyanın Urkaynaya qarşı tam-miqyaslı müharibəsinə dəstək verdiyinə görə Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

2020-ci ildə o, Həqiqət Naminə adlı siyasi partiyanı təsis edib. Rusiya mediası isə Kremlin bunu dəstəklədiyini bildirib. Bundan bir il sonra Prilepinin partiyası parlamentdə yerləri olan millətçi Ədalətli Rusiya partiyası ilə birləşib.

Yenicə təsis olunan partiyanın həmtəsisçisi olan Prilepin 2021-ci ildə Rusiya parlamentin aşağı palatasında Dövlət Dumasında yer qazanıb, ancaq ondan imtina edib.

Partiya lideri Sergey Mironov şənbə günü insidenti “terror akti” adlandırıb və Ukraynanı günahlandırıb. Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova da Telegramda Mironovun düşüncələrini bölüşüb və əlavə edib ki, məsuliyyət həmçinin NATO və ABŞ-ın üzərinə də düşür.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev Prilepinə göndərdiyi teleqramda günahı “nasist ekstremistləri”nin üzərinə atıb.

Ukrayna rəsmiləri hələ ki, ittihamlarla bağlı birbaşa şərh verməyiblər.