MSK-a daha iki şəxsin prezidentliyə namizədliyini təsdiq edib

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Bunlar İlqar Məmmədov (Altay) və Ümid Partiyasının lideri İqbal Ağa-zadədir
Mərkəzi Seçki Komissiyası daha iki prezidentliyə namizədlik iddiasında olan şəxsin namizədliyini təsdiq edib. Bunlar namizədliyini özü irəli sürmüş İlqar Məmmədov və Ümid Partiyasının qurultayı tərəfindən namizədliyi irəli sürülmüş bu partiyanın lideri İqbal Ağa-zadədir.

Xatırladaq ki, MSK artıq 4 şəxsin namizədliyini təsdiq edib. Bunlar YAP sədri, hazırkı prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, İlqar Məmmədov (Altay) və Ümid Partiyasının sədri İqbal Ağa-zadədir.

Bununla yanaşı, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov, həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müsavat Partiyasının başqanı İsa Qəmbər və digər çoxsaylı partiya liderləri prezidentliyə namizədliyə iddialıdır.

Namizədliyi təsdiq edilmiş şəxslər namizədliyinin qeydə alınması azı 40 min seçici imzası toplayıb MSK-ya təqdim etməlidir.