Prezidentliyə namizədlərin irəli sürülməsi mərhələsi başlayır
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi mətbuatda bu il oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı fəaliyyət və tədbirlərin təqvim planı dərc edilib.
Sənədə görə, seçkilər günü barədə MSK-nin qərarının rəsmi mediada dərcindən sonra seçici qrupları, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədlərin irəli sürülməsi başlanır.
Namizədin təsdiqlənib-təsdiqlənməməsi barədə qərar MSK-ya sənədlərin təqdimatından sonra 5 gün ərzində qəbul edilir.
Prezidentliyə namizəd təsdiqləndikdən sonra səlahiyyətli nümayəndələrə prezidentliyə namizəd üçün imzaların toplanması üçün imza vərəqələri verilir.
Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin MSK-ya təqdim olunması avqustun 20-dən başlayıb sentyabrın 9-da saat 18:00-da başa çatır.
İmza vərəqələrinin və digər sənədlərin yoxlanması və namizədin qeydiyyata alınması və ya alınmaması barədə qərarın qəbulu 7 gün ərzində qəbul olunur.
Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur.
Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.
Seçkiqabağı təşviqat mərhələsi seçkilərə 23 gün qalmış, yəni sentyabrın 16-dan başlayır və səsvermədən 24 saat əvvəl – oktyabrın 8-də başa çatır.
Səsvermə oktyabrın 9-da saat 8.00-da başlayır və 19.00-da başa çatır.
Səsvermə günü səs verənlərin sayı barədə 5 dəfə informasiya veriləcək: saat 10.00, 12.00, 15.00, 17.00, 19.00.
Məntəqə və dairə seçki komissiyalarından səsvermənin nəticələri haqda yekun protokollarla bağlı ümumiləşdirilmiş informasiya seçki günü və sonra MSK-nın saytında yerləşdirilir.
Məntəqə seçki komissiyalarından yekun protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılmalıdır, onlar isə seçkilərdən sonra 2 gündən gec olmayaraq (11 oktyabra qədər) yekun protokolları MSK-ya göndərməlidir.
Məntəqə və dairələr üzrə protokolların üçüncü nüsxələri vətəndaşların tanış olması üçün 5 və 10 gün ərzində MSK-nin rəsmi saytında yerləşdirilir.
Dairə seçki komissiyalarından protokollar daxil olduqdan dərhal sonra MSK seçkilərin ilkin yekunlarını elan edir.
Oktyabrın 19-na qədər MSK seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir.
Seçilmiş prezident 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.