Cəmil Həsənlinin Seçki Qərargahı kütləvi qanunsuzluqların olduğunu bildirir
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı prezident seçkilərinin gedişindəki pozuntular barədə 6 bülleten yayıb.
Məlumatlara görə, pozuntular kütləvi xarakter alıb. Çoxsaylı məntəqələrdə bir seçici bir neçə dəfə (karusel) səs verir, hakimiyyət nümayəndələri seçiciləri yönləndirir, bəzi məntəqələrdə qanunsuzluqlara etiraz edən müşahidəçilər məntəqələrdən zorla çıxarılıb, bir seçici bir neçə bülleteni qutuya atarkən yaxalanıb.
Milli Şuranın namizədi Cəmil Həsənlinin müşahidəçilərinə qanunsuzluqları videoya almağa imkan verilmir.