Məhkəmə Pərviz Müşərrəfin şərti azadlığa buraxılması haqda müraciətini rədd edib

Cənab Müşərrəf ona qarşı irəli sürülən ittihamları rədd edir
Pakistan məhkəməsi sabiq baş nazir Benazir Bhuttonun qətli ilə əlaqədar saxlanan keçmiş prezident Pərviz Müşərrəfin şərti azadlığa buraxılması haqda müraciətini rədd edib.

Vəkil ali məhkəmənin cənab Müşərrəfin şərti azadlığa buraxılması haqda müraciətini rədd etdiyini və sabiq prezidentin Bhuttoya qarşı sui-qəsddə iştirak etdiyinə görə həbs oluna biləcəyini deyib.

Cənab Müşərrəf ona qarşı irəli sürülən ittihamları rədd edir.

Məhkəmə ikinci dəfədir ki, cənab Müşərrəfin şərti azadlığa buraxılması haqda müraciətini rədd edir.