Təhqiqatçılar onun evində zəhərli maddənin hazırlanmasına dair dəlil tapılmadığını bildirib
ABŞ federal ittihamçıları prezident Barak Obama və bir Amerika senatoruna göndərilən zəhərli məktublarda şübhəli bilinən Mississippi ştatının sakininə qarşı irəli sürülən ittihamları ləğv edib.
Federal agentlər keçən həftə ərzində zəhərli risin maddəsi olan məktubları aşkar etdikdən sonra Pol Kevin Körtisi həbs etmişdi. Məktublardan biri Mississippi ştatının senatoru Rocer Vikerə ünvanlanmışdı. Mississippi ştatının hakimi də təhdid olunanlar arasında olub.
Təhqiqatçılar risin maddəsinin izinə və yaxud maddəni hazırlamaq üçün Körtisin evində heç bir qurğu aşkar etmədiklərini və onun internetdə maddəni hazırlamaq məqsədilə axtarış aparılmadığını deyiblər.
Körtis çərşənbə axşamı günü azadlığa buraxılıb. O, jurnalistlərə ölkəsini sevdiyini və prezident Obamaya hörmət etdiyini deyib.
Körtisin vəkili bildirib ki, təhqiqatçılar diqqəti hazırda başqa şübhəliyə yönəldib və artıq həmin adamın evində axtarış aparılıb.