ABŞ prezidenti Barak Obama öz gündəliyində növbəti prioritet olan maliyyə islahatları və istehlakçı hüquqlarının qorunması üçün mübarizə apardığını deyir. Həftəlik radio müraciətində cənab Obama bildirib ki, yeni plana əsasən “derivativ” adlanan mürəkkəb mübadilələr açıq bazarda keçiriləcək. Tənqidçilər gizli səhm mübadilələrinin 2008-ci ildə iqtisadi böhrana yol açmasında mühüm rol oynadığını deyir. Cənab Obama həmçinin deyib ki, plan iri bank və maliyyə təssisatlarının xilas edilməsinə son qoyacaq,Cənab Obama həmçinin deyib ki, plan iri bank və maliyyə təssisatlarının xilas edilməsinə son qoyacaq və Wall Street firmalarında səhmlərə malik olan adamların ali icraçı direktorların kompensasiya və mükafatlarını müəyyən etməsinə icazə verəcək. O, Senat Respublikaçılarını tənqid edərək onları Wall Steet rəhbərləri ilə əlbir olaraq islahatların qarşısını almaq cəhdində günahlandırıb.
ABŞ prezidenti Barak Obama öz gündəliyində növbəti prioritet olan maliyyə islahatları və istehlakçı hüquqlarının qorunması üçün mübarizə apardığını deyir.