İran prezidenti məsələni ali dini rəhbər Ayətullah Əli Xameneyi ilə müzakirə edəcəyini deyib
İran prezidenti Mahmud Əhmədinejad bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsinə qadağa qoyulan yaxın köməkçisi İsfandiyar Rahim Maşaeyiyə dəstək nümayiş etdirib.
İranın daxili işlər nazirinin bildirdiyinə görə, ruhaniləri və hüquqşünasları İsfandiyar Rahim Maşaeyini və sabiq prezident Həşimi Rəfsancanini təsdiq olunmuş namizədlər siyahısından xaric ediblər.
Cənab Əhmədinejad yardımcısı Maşaeyinin düzgün, qabiliyyətli və ölkəyə fayda verəcək bir siyasətçi kimi təqdim edib və onun ədalət qurbanı olduğunu deyib.
Prezident öz internət səhifəsində problemi ali rəhbər Ayətullah Xameneyi ilə müzakirə edəcəyinə söz verib. O, məsələnin tezliklə həllini tapacağına ümid etdiyini deyib.
İranda bir neçə ildir iqtidarda olan mühafizəkar dindarlarla hakimiyyət uğrunda mübarizə nəticəsində cənab Əhmədinejad və onun yardımcılarına rəğbətin itirildiyini müşahidə edilir.