Azərbaycan Ukraynaya humanitar yardım edir və Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqe tutur. Bu barədə şənbə günü, aprelin 23-də Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualının cavabında bildirib.
“Türkiyə Rusiya ilə danışıqlarda vasitəçilik edən ölkələr arasında lider olmaq istədiyini göstərir. Türkiyə açıq şəkildə deyir ki, Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr sırasında olmaq istəyir. İndiyə qədər Azərbaycandan bunu eşitməmişəm, amma demək istəyirəm ki, prezident Əliyev həmişə Ukraynanı dəstəkləyib. Humanitar yardımlar, tibbi yardımlar olub. Hesab edirəm ki, bu gün Azərbaycanın Ukraynaya silahla yardım etməsi çətindir. Bunu başa düşmək olar, çünki onların Dağlıq Qarabağ problemi var.
Azərbaycan çox az ölkələrdəndir ki, mövqeyini, neytrallığını başa düşürük, çünki orada yenidən müharibə alovlana bilər. Amma hər halda, biz daha çox şey gözləyirik”, - deyə Zelenski bildirib.
O, müharibə mövzusunu davam etdirərək qeyd edib ki, Rusiya “başqa ölkələrin ərazisindəki müharibələrdə belə hərbi vəhşilik nümayiş etdirməyib. Son onilliklərin heç bir müharibəsində belə şey olmayıb”.
“Bütün bunları dayandırmaq missiyası ukraynalıların həyatı hesabına Ukraynanın üzərinə düşdü. Ona görə də sizin ölkələr bizə daha çox kömək etməlidir. Çünki belə bir ifadə var: Bizimlə bitirib, sizdən yapişacaqlar”, Zelenski mətbuat konfransı zamanı bildirib.