Praqanın Vltava çayında yüzlərlə insan buz kimi sularda üzüb

Your browser doesn’t support HTML5

Dekabrın 26-da Praqanın Vltava çayında yüzlərlə insan üzüb. Tədbir qış üzgüçülüyünün pioneri Alfred Nikodemin xatirəsinə keçirilib. Tədbirdə ABŞ da daxil olmaqla 8 ölkədən 360 nəfər iştirak edib. Turnir zamanı hava -6 dərəcə, suyun temperaturu isə 3-4 dərəcə arasında olub. Lenka Sterbova yarışın 750 metrlik hissəsində 9 dəqiqə 11 saniyə nəticə göstərərək qalib olub.