Dünya boyu 700 000 insan dərmana davamlı bakteriyalardan ölür [Video]

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatların statistikası kifayət qədər narahatedicidir. Belə ki, hər il müxtəlif bakteriyalara yoluxan iki milyona qədər insanın antibiotiklərlə müalicəsi ya çox çətin, ya da qeyri-mümkündür. Berlində bir araya gələn həkimlər bu vəziyyətin getdikcə ağırlaşdığı barədə xəbərdarlıq edir.

Güclü bakteriyalar artır və öldürür

Siz hər dəfə antibakterial sabundan istifadə və ya antibiotik qəbul edərkən bakteriyaların hamısı məhv olmur. Buna görə də Berlində keçirilən konfransa toplaşan səhiyyə rəsmiləri sağ qalan bakteriyaların bizi antibiotik dövründən sonrakı akopalipsisə apardığı barədə xəbərdarlıq edir.

İngiltərədən baş həkim Deym Salli Devis: “Biz bunun necə baş verdiyindən, güclü bakteriyaların artmasından, müasir tibbin ölməsindən, yəni antibiotikdən sonrakı apokalipsisdən danışırıq. Mən bunları nəyə görə deyirəm? Belə ki, antibiotiklər bizə yalnız gündəlik xəstəliklərin, viruslu xəstəliklərin müalicəsi üçün gərək deyil. Çox sayda insan infeksiyaya müalicə zamanı, xərçəngin müalicəsi və ya transplantasiya zamanı yoluxur. Diabet xəstələri keçici xəstəliklərə daha tez tutulur. Yəni bizim xəstələri qorumaq imkanımız azalır.”

Rəsmilər antibiotik dövründən sonra ağir əməliyyatlardan tutmuş ambulator əməliyyatlara qədər, hər müdaxilə prosesinin daha təhlükəli olacağını təxmin edirlər. “Bu qeysəriyyə və omba əməliyyatları daxil olmaqla, müxtəlif əməliyyatlar zamanı baş verə bilər. Və bizim effektiv antibiotiklərimiz olmazsa, risklər artacaq. Güclü bakteriyalar artır və öldürür" deyə, doktor Devis bildirir.

Elə buna görə də səhiyyə rəsmiləri dünya ölkələrini nəinki antibiotiklərdən istifadəni azaltmağa, həm də antibiotiklərin effektivliyi olmadığı kimi ən ağır vaxtlar üçün nəzərdə tutulmuş milli fəaliyyət planı hazırlamağa çağırırlar.

"Wellcom Trust" təşkilatından Ed Uaytinq: "Biz antibiotiklərdən həqiqətən lazımi vaxt istifadə edildiyi, insanlara antibiotiklərin yalnız ehtiyac olduğu vaxt verilməli olduğu, yoxsul ölkələrdə zəngin ölkələrdəki mövcud antibiotiklərin olmadığını başa düşdüyümüzə əmin olunması yolunda iş görməliyik. Hər il bundan yüzlərlə və minlərlə insan ölür. Buna görə də biz preparatların əldə edilməsi və buna nəzarət edilməsi istiqamətində daha yaxşı iş görməliyik.”

Problemin mahiyyəti və Konfransda bununla bağlı səsləndirilən həyəcan əsasən bu antibiotiklərin çox geniş yayılması ilə əlaqədar idi.

Konfransda alimlər dərmana davamlı bakteriyaların yayılması yolları ilə bağlı yeni üsulları açıqlayıb. Onların hesablamalarına görə hər il dünya boyu 700 min insan dərmana davamlı bakteriyadan ölür. Bu rəqəmin 2050-ci ilə qədər ildə 10 milyona çatacağı göstərilib.