Populyar saytlar Konqresə etiraz edirlər

  • Amerikanın səsi

Populyar saytlar Konqresə etiraz edirlər

Onlayn müsafirləri bu gün qapanmış vebsaytlar qarşılayıb. Qərbin aparıcı internet səhifələri ABŞ Konqresin nəzərdən keçirdyi anti-pirat ölçülərinə etiraz əlaməti olaraq saytlarını bir günlüyə qapadıblar.

Onlayn ensiklopediya Vikipedia bu gün ingilis dilli saytını 24 saat müddətinə qapadıb. Populyar Google axtarış mühərriki isə loqosunu qara senzura xətti ilə əvəzləyib.

Bu etiraz aksiyaları ABŞ Nümayəndələr Palatası və Senatın xaricdə ABŞ məhsullarının müəlliflik hüquqlarının pozulmasının qarşısnı almağa yönəlmiş iki ölçüyə baxıdqları zaman keçirilir. Nümayəndələr Palatasındakı qanun layihəsinə əsasən pirat material sərgiləyən vebsaytlar Amerikada qara siyahıya salınacaq.