Roma Papası Fransis bazar ertəsi Milad bayramı münasibəti ilə müraciəti zamanı Qəzza da daxil olmaqla, müharibələrdə ölən uşaqların "bu günün kiçik İsaları" və İsrailin Qəzzaya hücumlarının günahsız mülki əhali arasında "dəhşətli sayda qurbanlara" səbəb olduğunu deyib.
Pontifik HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu “iyrənc” adlandırıb və qrupun Qəzzada hələ də saxladığı 100-ə yaxın girovu azad etməyə çağırıb.
Müqəddəs Pyotr Bazilikasının mərkəzi eyvanından danışan Roma Papası Fransis silah istehsalçılarını bir daha qınayıb və son nəticədə silah sənayesinin "müharibəyə nəzarət edən marionet iplərini" idarə etdiyini deyib.
Vəzifədə olduğu müddətdə 11-ci Milad bayramını qeyd edən 87 yaşlı Fransis Ukrayna, Suriya, Yəmən, Livan, Ermənistan və Azərbaycan kimi ölkələr də daxil olmaqla, hərbi, siyasi və sosial münaqişələrə son qoymağa çağırıb və dünya boyu miqrantların hüquqlarını müdafiə edib.
"Dünyamızda nə qədər günahsız insan öldürülür! Ana bətnində, ümidsizlik və ümid axtarışında səyahətlərdə, müharibənin uşaqlığını məhv etdiyi bütün uşaqlar. Onlar günümüzün kiçik İsalardır. Mən mülki əhalinin dəhşətli itkilərinə səbəb olan hərbi əməliyyatları dayandırmağa çağırıram və humanitar yardıma çıxış yollarını açmaqla, ağır humanitar vəziyyətin həllinə çağırıram" - deyə, Para bildirib.
O, həmçinin silah ticarətinə daha ciddi nəzarət etməyə çağırıb.
"Müharibənin marionet iplərini hərəkətə gətirən maraqlar və qazancları üzə çıxarmaq üçün bu barədə danışmaq və yazmaq lazımdır", Roma Parası deyib.