Təhlilçilər Pompeonun Koreya və İrana qarşı sərt mövqe sərgiləyəcəyini təxmin edir

Reks Tillersonun çərşənbə axşamı qəflətən ABŞ dövlət katibi vəzifəsindən uzaqlaşdırılmasından sonra diqqət Donald Trampın onun yerinə təyin etdiyi CIA direktoru Mayk Pompeoya və bu dəyişikliyin ABŞ xarici siyasətinə necə təsir göstərəcəyinə yönəlib.

Dövlət katibi vəzifəsinə nominasiya edilən Pompeonun Konqresdə vəzifəyə təsdiqi ilə bağlı dinləməsi gələn ay keçiriləcək. Pompeonun Dövlət Departamentinin başına keçməsi Tramp administrasiyasının Kim Conq Unla Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlar aparmağa razılaşmasından bir neçə həftə sonraya təsadüf edəcək.

Bir neçə gün öncə Dövlət Departamentinin brifinq otağında emosional vida çıxışı zamanı Tillerson dövlət katibi olaraq ən böyük nailiyyətlərindən birinin ABŞ-ın başçılığı ilə Şimali Koreyaya qarşı aparılan maksimum təzyiq kampaniyasının müvəffəqiyyətinin olduğunu deyib.

“Biz müttəfiqlərlə birlikdə Şimali Koreyaya qarşı maksimum təzyiq kampaniyası vasitəsilə, demək olar, hər kəsin gözləntilərini aşdıq,”deyə o, işdən çıxarıldıqdan bir neçə saat sonra deyib.

Pompeo və Pxenyan

Tillersonu əvəz edəcək Pompeo Şimali Koreyaya qarşı sərt mövqeyə sahibdir. O, Pxenyanın nüvə raketlərinin ABŞ şəhərlərinə təhlükəsinin əhəmiyyətini vurğulayır.

CIA direktoru hər zaman prezidentə sadiq olub və Trampın ötən həftə Şimali Koreyanın başçısı Kim Conq Unla görüşməyə niyyətinin olduğunu açıqlamasından sonra bir neçə xəbər kanalında onun bu qərarına dəstəyini ifadə edib.

“Prezident Tramp bunu göstəriş üçün etmir. O, bu problemi həll edəcək,” deyə Pompeo bazar günü Fox News kanalına bildirib.

“Kim Conq Un nüvə və raket sınaqlarını dayandırmağı vəd edib və keçmişdə çox sayda mübahisə yaradan təlimlərin davam etməsinə icazə verib,” o deyib və Pxenyanın vədlərini “real nailiyyətlər” adlandırıb.

İrana qarşı sərt mövqe

Sabiq respublikaçı konqresmen olan Pompeo 2015-ci ildə imzalandığından bəri İranın nüvə razılığının sərt tənqidçisi olub.

“Mümkündür razılıq İranın nüvə silahları proqramını bir neçə il ləngidəcək… amma əslində razılığın sonunda İranın nüvə silahları arsenalı yaratmaq azadlığına sahib olmasına imkan yaradıb,” deyə Pompeo ABŞ Nümayəndələr Palatasında xidmət göstərdiyi zaman söyləyib.

2016-cı ildə o, “Mən terroru ən çox dəstəkləyən ölkə ilə əldə olunan bu fəlakətli razılığı ləğv etməyi səbirsizliklə gözləyirəm,” deyə Twitterdə yazmışdı. O zamandan bəri onun şəxsi Twitter hesabını bağlanıb.

Bir çox təhlilçi deyir ki, keçmişdə Şimali Koreya, Çin və İranla bağlı etdiyi sərt bəyanatları onu göstərir ki, ABŞ-ın Hərbi Akademiyasının məzunu olan Pompeo çox güman Tillersonla müqayisədə ABŞ-ın hərbi gücündən daha çox istifadə edəcək, beynəlxalq razılıqları isə daha az dəstəkləyəcək.

Pompeo İran və Şimali Koreyada “rejim dəyişikliyini” təbliğ edən bəyanatlar edib.

Bəziləri isə narahtdır ki, Pompeonun vəzifəyə təsdiqi Birləşmiş Ştatların İran nüvə razılığından geri çəkilməs ehtimalını artıracaq və Pxenyanla olan diplomatik səyləri təhlükə altına salacaq.

Representative Mike Pompeo (R-KS) arrives to testify before a Senate Intelligence hearing on his nomination of to be become director of the CIA at Capitol Hill in Washington, Jan. 12, 2017.

Pompeonun Rusiyanın müdaxiləsi ilə bağlı düşüncələri

Rusiya məsələsinə gəldikdə, Pompeo Trampdan çox Moskvanı 2016-cl il prezident seçkilərinə müdaxiləyədə təqsirləndirib.

“Rusiyanın informasiyaya müdaxilə etmək və Amerika demokratiyasına təsir göstərdiyi aydındır,” deyə o 2017-ci ilin yanvar ayında CIA-in direktoru vəzifəsinə təsdiq dinləməsi zamanı bildirib.

Lakin o, bu ilin əvvəli Vaşinqtona səfərdə ikən Rusiyanın üç kəşfiyyat xidmətinin rəhbərləri ilə də görüşüb.

Pompeo deyib ki, Rusiyanın müdaxiləsinin 2016-cı il prezident seçkilərinə heç bir təsiri olmayıb.