ABŞ dövlət katibi Mayk Pompeo Yaxın Şərq və Avropadakı müttəfiqlərinə deyib ki, “Ölçülərin Birgə Əhatəli Planı”adı ilə tanınan İran razılığına düzəlişlər edilməsə, Birləşmiş Ştatarlar razılıqdan geri çəkiləcək. Pompeo cümə axşamı and içərək, yeni vəzifəsinə başlayandan bir neçə saat sonra ilk rəsmi xarici səfərinə başlayıb. Brüsseldə NATO iclasında iştirak edəndən sonra o, yüksək-səviyyəli danışıqlar üçün Səudiyyə Ərəbistanı, İsrail və İordaniyaya səfər edib. Həmin iclaslarda əsas diqqət İran nüvə razılığına yönəldilib.
Prezident Tramp nüvə razılığı ilə bağlı fikrini açıq ifadə edib. Bu razılığın bir çox nöqsanı var. O, administrasiyaya razılığa düzəlişlər etməyə dair göstəriş verib. Əgər nöqsanları düzəldə bilməsək, o, razılıqdan geri çəkiləcək.Mayk Pompeo
Pompeo müttəfiqlərə Birləşmiş Ştatların İranın Yaxın Şərqdəki və nüvə ambisiyalarından narahat olduğunu deyib.
O, ABŞ prezidentinin Birləşmiş Ştatlar və digər beş ölkənin İranla 2015-ci ildə imzaladığı nüvə razılığından geri çəkilmək planını təsdiqləyib.
“Prezident Tramp nüvə razılığı ilə bağlı fikrini açıq ifadə edib. Bu razılığın bir çox nöqsanı var. O, administrasiyaya razılığa düzəlişlər etməyə dair göstəriş verib. Əgər nöqsanları düzəldə bilməsək, o, razılıqdan geri çəkiləcək,” Pompeo deyib.
İsrail bu razılığa danışıqlar zamanından bəri qəti qarşı çıxıb. Baş nazir Benyamin Netanyahu Pompeo ilə görüşü zamanı Trampın qərarını alqışlayıb.
“İnsanlar nüvə razılığı nəticəsində İranın təcavüzünün zəifləyəcəyini düşünsə də, bunun tam əksi baş verdi və İran acgözlüklə bir-bir ölkələrdə nüfuzunu artırmaq istəyir. İranın qarşısı alınmalıdr. Onların nüvə bombası inkişaf etdirmək planları dayandırılmalıdır. Onların təcavüzü dayandırılmalıdır. Bunu etmək isə bizim öhdəliyimizdir,” deyə Netanyahu bildirib.
ABŞ-ın baş diplomatı İranı bütün regionu sabitsizləşdirməkdə və Həməs ilə Yəməndəki husi üsyançıları kimi militant və terror qruplarını dəstəkləməkdə günahlandırıb.
“İran Yəməndə zorakı husi üsyançılarını dəstəkləməyə, onları hərbi avadanlıq, maliyyə və təlimlərlə təmin etməyə davam edir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır,” Mayk Pompeo söyləyib.
İran Yəməndə zorakı husi üsyançılarını dəstəkləməyə, onları hərbi avadanlıq, maliyyə və təlimlərlə təmin etməyə davam edir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.Mayk Pompeo
Belə görünür, İran hələ ki, razılığa əməl edir və heç bir dəyişikliyi qəbul etməyəcəyini bildirir.
İranın və Rusiyanın xarici işlər nazirləri şənbə günü bu vəziyyəti müzakirə edib. İran rəsmiləri Trampı beynəlxalq öhdəlikllərini pozmaqda ittiham edib.
“Öhdəliklərini yerinə yetirməməkdən əlavə, o, İran xalqı üçün qəbuledilməz qeyri-mütənasib tələblər irəli sürür,” deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Əgər Tramp mayın 12-dək razılığı yenidən təsdiqləməsə, Birləşmiş Ştatlar İrana qarşı sanskiyaları bərpa edə bilər.
Pompeo isə Yaxın Şərq səfəri zamanı regional müttəfiqləri bu sanksiyaları dəstəkləməyə çağırıb.