Pompeo Çinin koronavirusun yaranması ilə bağlı məlumatı saxladığını deyir

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlar və Çin rəsmiləri koronavirusun mənşəyi və yayılmağa başladığı ilk günlər virusun qarşısının alınması səyləri ilə bağlı kəskin fikir mübadiləsi aparıblar. Rəsmi Pekin dövlət katibi Mayk Pompeonu COVİD-19-un Uhanda laboratoriyadan çıxdığını bəyan etməklə siyasi oyun oynamaqda ittiham edib. Pompeo isə daha çox məlumatın verilməsi üçün təzyiq göstərir.

Koronavirus epidemiyasının Uhanda başlaması ilə bağlı belə görünür heç bir mübahisə yoxdur.

Mübahisə epidemiyanın necə baş verməsi ilə bağlıdır. Dövlət katibi Mayk Pompeo virusun Uhandakı laboratoriyadan çıxdığına dair “çox sayda dəlil” olduğu ilə bağlı açıqlamaları ilə əlaqədar jurnalistlərin sualları ilə qarşılaşdı.

ABŞ dövlət katibi Matk Pompeo:

“Bu məsələ tez zamanda həll ola bilər: Çin Kommunist Partiyası Ümumdünya Səhiyyə Təşkilatı qarşısındakı təəhhüdlərinə uyğun olaraq, şəffaf olmaq, açıq olmaq, bu kimi pandemiyaların nəzarətdən çıxmamasını təmin etmək üçün bütün dünyada ölkələrin gördüyü sadə işləri görmək kimi götürdüyü öhdəliklərə sadiq qala bilər.”

Bu arada, Pekində Çin Xarici İşlər Nazirliyi Pompeonun açıqlamalarını qınayaraq, onu “daxili siyasi” oyun oynamaqda ittiham edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq:

“Cənab Pompeo dəfələrlə virusun mənşəyi haqda danışıb, lakin heç vaxt sübut gətirməyib, çünki belə bir şey yoxdur. Buna görə də mən hesab edirəm ki, bu sualın cvabını alimlər və tibbi nəzarət ekspertlərinin öhdəsinə buraxmaq lazımdır və siyasətçilər bu məsələdə daxili siyasi tələbat üçün yalan söyləməməlidir.”

Almaniya, Britaniya və Avstraliya da daxil olmaqla bir sıra ölkələr də Uhanda virusun yayılması ilə bağlı daha çox informasiya əldə etmək istəyir.

Pompeo bildirib ki, Çin öz alimlərinin irəli çıxıb fikir söyləməsinə imkan verməlidir.

ABŞ dövlət katibi Mayk Pompeo:

“Çin hələ də virusun xüsusiyyətləri, kliniki nümunələr və 2019-cu ilin dekabrındakı xəstələri kimi insanların təhlükəsizliyi üçün bizə lazım olan informasiyanı bölüşməkdən imtina edir. İlk xəstə heç qeyd edilmir.”

Pompeo deyib ki, onun Çini şəffaflığa çağırışları siyasət deyil, həyatların xilas edilməsi ilə bağlıdır.