ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü Türkiyənin xarici işlər naziri ilə telefonda danışıb və Türkiyənin Rusiyanın S-400 raket sistemini alması ilə bağlı məyusluğunu ifadə edib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Vaşinqton Türkiyənin Rusiyanın raket müdafiə sistemini almasına qarşı çıxıb və sanksiyalar tətbiq etməklə hədələyib.
Prezident Donald Tramp o zamandan bəri administrasiyasının bu addımı atmağı planlaşdırıb-planlaşdırmadığını açıq bildirməyib.
Cümə axşamı ABŞ-ın bir neçə respublikaçı və demokrat qanunvericisi Trampa raket sistemini aldığına görə Türkiyəyə sanksiya tətbiq etməsi üçün təzyiq göstərib.