Pompeo: İran tələbləri qəbul etsə, ABŞ onu dost kimi görəcək

US Iran Mike Pompeo exlusive interview

ABŞ dövlət katibi Mayk Pompeo deyir ki, əgər İran liderləri Birləşmiş Ştatların tələblərini qəbul etsələr və normal ölkə liderləri kimi davransalar, amerikalılar İranla dost kimi rəftar edəcək.

Amerikanın Səsinin fars xidmətinə cümə günü müsahibə verən Pompeo bildirib ki, həftənin əvvəli təqdim edilən yeni İran strategiyasının məqsədi müvafiq şərtlərin tətbiq ediləməsilə İranın islamçı rəhbərlərinin “normal liderlər” kimi davranmasına nail olmaqdır. Dövlət katibi deyib ki, “normal” liderlər öz xalqının pulunu mənimsəmir, və ya həmin pulları Suriya və Yəmən kimi ölkələrdə “sərgüzəştlərə” xərcləmir.

Biz onların indiki davaranışını dəyişdirəcək şərtləri tətbiq edə bilsək, İran xalqını böyük nailiyyətlər gözləyir.
Mayk Pompeo

“Biz onların indiki davaranışını dəyişdirəcək şərtləri tətbiq edə bilsək, İran xalqını böyük nailiyyətlər gözləyir, amerikalılar ora səfər etməyə başlayacaq, dostlarımız və müttəfiqlərimizlə aramızda olan eyni münasibətlər olacaq.” – deyə Pompeo bildirib.

Dövlət katibi daha sonra ABŞ-ın İrandan İsraili məhv etməklə bağlı hədələrinə son qoymağa və qonşu ölkələrə qarşı hədələyici davranışdan əl çəkməyi tələb etdiyini bildirib: “İran liderləri nəinki “İsrailə ölüm!” həm də “Amerikaya ölüm” kimi ictimai şüarları dayandırmalıdır.”

Pompeo bildirib ki, ABŞ İranda rejim dəyişikliyi axtarışında deyil və ölkədən kənarda olan İran müxalifətinə də eyni şeyi bildirib.

Müsahibə zamanı dövlət katibi həm də deyib ki, Tramp administrasiyası İranın aparıcı liderlərinin gizli sərvətinin aşkarlanması ilə bağlı konqres səylərinə dəstək olacaq.

İran xalqı həqiqəti eşitməyə layiqdir. O ölkədə aparıcı vəzifələrdə olan liderlər şirkətlər vasitəsilə pul mənimsəyirlər və bu, oğurluqdur.
Mayk Pompeo

“İran xalqı həqiqəti eşitməyə layiqdir. O ölkədə aparıcı vəzifələrdə olan liderlər şirkətlər vasitəsilə pul mənimsəyirlər və bu, oğurluqdur. Bunu sübut edib aşkarlanması və İran xalqının mühakiməsinə verilməsi səylərini alqışlayacam.” – deyə o bildirib.

Sonda Pompeo deyib ki, Dövlət Departamenti özəl tədqiqatçı kimi İranın Kiş adasını ziyarət edən və 2007-ci ilin 9 mart tarixində yoxa çıxan amerikalı Robert Levinsonun geri gətirmək üçün “hər gün” çalışır.