Pompeo Amerikanın Səsinə: Sabiq səfirimizin Rusiya tərəfindən dindirilməsinə imkan verməyəcəyik

ABŞ-ın Rusiyaya Vaşinqtonun Moskvadakı sabiq səfiri və Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçisi Maykl Mkfolu dindirməyə icazə vermək məramı yoxdur. Bunu Amerikanın Səsinə Dövlət Katibi Mayk Pompeo bildirib.

“Bu baş verməyəcək,” deyə baş ABŞ diplomatı Dövlət Departamentində verdiyi müsahibədə bildirib.

Prezident Tramp qəti şəkildə aydın edib ki, biz amerikalıları Rusiyaya gedib ruslar tərəfindən dindirilməyə məcbur etməyəcəyik.

Pompeo deyib ki, Putin Helsinki sammiti əsnasında prezident Donald Trampla görüş zamanı “bir neçə mövzuda təkliflər səsləndirib.”

“Prezident Putin bu sorğu ilə bağlı bir neçə təklif, şərh və düşüncə səsləndirib,” Pompeo Amerikanın Səsinə deyib. “Prezident Tramp qəti şəkildə aydın edib ki, biz amerikalıları Rusiyaya gedib ruslar tərəfindən dindirilməyə məcbur etməyəcəyik.”

Rusiya lideri ABŞ xüsusi prokuroru Robert Müllerin təhqiqatçılarının Moskvaya gələrək orada 12 hərbi kəşfiyyatçını dindirməyi təklif edib. Söhbət 2016-cı il prezident seçkiləri zamanı Demokrat Partiyası fəallarının kompüterlərinə haker hücumları etmiş kəşfiyyatçılardan gedir.

Sabiq ABŞ səfiri Maykl MkFol Vladimir Putinin hökumətini insan haqları pozutunularına görə tənqid edib.

Bunun müqabilində Putin Trampdan MkFolu və Rusiyanı törətdiyi insan haqları pozuntularına görə cavabdeh tutacaq Maqnitski Qanununun qəbul edilməsində instrumental rol oynamış britaniyalı biznesmen Bill Brauderin dindirilməsinə icazə verməsini istəyib.

2012-2014-cü illərdə Moskvada ABŞ səfiri olmuş MkFol rəsmi Vaşinqtonu “kateqorik şəkildə” Putinin təklifini rədd etməyə çağırıb. Onun sözlərinə görə Putin rus casuslarına qarşı ABŞ ittihamnaməsi ilə amerikalı diplomatların fəaliyyəti arasında mənəvi ekvivalentlik yaratmağa çalışır.