Polis məntəqəsinin giriş qapısında partlayış olub

Polis cinayətkar qrupu zərərsizləşdirir

Mayın 1-də Zaqatala rayon (Bakıdan 396 kilometr şimal-qərb) Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Mətbuat xidməti partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunduğunu bildirir.

Partlayışın səbəbləri, kimlər tərəfindən törədildiyi, saxlananların olub-olmaması barədə məlumat verilmir.