Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin mətbuat katibi Oqtay Gülalıyev oğlu Əlinin bıçaqlanması ilə bağlı istintaqın gedişindən danışıb. O, bu gün Bakı Şəhər Baş Polis idarəsinə dəvət edildiyini deyib. Polis idarəsində ona məsələnin DİN-nin diqqət mərkəzində olduğunu, hadisə ilə bağlı artıq cinayət işi açıldığını və digər zəruri tədbirlərin həyata keçirildiyini bildiriblər.
O.Gülalıyev dünən oğlunun polis tərəfindən fiziki təzyiqlərə məruz qaldığını deyib. Özü və xanımının həmin vaxt evdə olmadığını deyən Oqtay bəy Xətai rayon polis idarəsinin mülki geyimli əməkdaşlarının evə daxil olduğunu, yaralı oğlundan zorla ifadə almağa çalışdıqlarını deyib. “Onu məcbur ediblər ki, cinayətin Rüstəm adlı bir şəxsin törətdiyini desin.Oğlum deyib ki, atam olmadan ifadə vermək istəmirəm, çünki azyaşlıyam. O bildirib ki, həmin adamı tanıyır və hadisə törədiləndə o orada olmayıb.”
Oqtay Gülalıyev bütün bunları özünə qarşı siyasi təzyiq kimi qiymətləndirir. “Polisin hərəkətlərini özümə, ailəmə, ümumilikdə qanunlara qarşı sayğısızlıq kimi qiymətləndirirəm. Onların bu hərəkəti heç bir əndazəyə sığan hərəkət deyil. Polislərin bu cür hərəkətləri birbaşa mənə qarşıdır. Son iki gün ərzində mənim yaşadığım qəsəbədən yüzdən artıq insan polis idarəsinə çağırılıb. Onlara müxtəlif formalarda təzyiqlər olunub. Bəzilərinə zorakılıq edilib. Onlardan mənə və Əliyə qarşı ifadə almağa çalışıblar.”
Oqtay Gülalıyev polisin bu məsələni araşdırıb, ölçü götürəcəyini vəd etdiyi deyib.
Your browser doesn’t support HTML5