Polis həbsxanadan qaçan 100-dən çox məhbusun axtarışına davam edir

Polis İndoneziyanın qərbindəki həbsxanadan qaçan 100-dən artıq məhbusu yaxalamağa çalışır. Məhbuslar dua üçün ayrılan vaxt mühafizəçilərə müqavimət göstərib, qaçmağa müvəffəq olmuşdular.

Açe vilayətinin paytaxtının polis rəsmisi cümə günü bildirib ki, 20-dən çox məhbus artıq saxlanılıb. Əlavə edilir ki, həbsxandakı çaxnaşma zamanı mühafizəçilərdən biri yüngül zədə alıb.

Həbsxanadan qaçış İndoneziyada tez-tez müşahidə edilən hadisədir. Buna səbəb həddindən çox məhbusun olduğu həbsxanalardan vəsait çatışmazlığına görə mühafizəçilərin sayının az olmasıdır.