Çeçen separatçılarının lideri Polşada saxlandıqdan sonra azad edilib

  • Amerikanın səsi
Əhməd Zakayev Polşa rəsmilərinin Rusiyanın onun həbsinə dair orderini rədd etdikdən sonra Varşavanı dünən tərk edib

Rusiyanın terrorizm ittihamları ilə axtarış elan etdiyi çeçen separatçılarının lideri Polşada qısa müddət saxlandıqdan sonra hazırda yaşadığı London şəhərinə qayıdıb. Əhməd Zakayev Polşa rəsmilərinin Rusiyanın onun həbsinə dair orderini rədd etdikdən sonra Varşavanı dünən tərk edib. Zakayevin yardımçısı deyib ki, o, vizasını təzələyəndən sonra bu həftənin sonu yenidən Polşaya qayıdacaq. Zakayev keçən həftənin cümə günü Varşavada çeçen mühacirləri ilə görüşdüyü zaman həbs edilmişdi. Polşa məhkəməsi Rusiyanın ekstradisiya haqda müraciətini rədd etdikdən sonra onu azad etmişdir.