Cənab Komarovski yaxın rəqabət şəraitində keçirən seçkilərdə səsverməni demorkatiyanın zəfəri adlandırıb
Polşanın Mərkəzi Seçki Komissiyası Bronislav Komarovskini rəsmi olaraq ölkənin yeni prezidenti elan edib. Rəsmilərin bildirdiyinə görə, mötədil siyasətçi olan cənab Komarovski bazar günü keçirilən seçkilərdə səslərin 53 faizini alaraq, səslərin 47 faizini almış mühafizəkar rəqibi Yaroslav Kaçinskini məğlub edib.
Yaroslav Kaçinski cənab Komarovskini seçkilərdə qələbə çalması münasibətilə təbrik edib. Polşada erkən seçkilər aprel ayında prezident Lex Kaçinskinin təyyarə qəzasında həlak olmasından sonra keçirilmişdir.
Cənab Komarovski yaxın rəqabət şəraitində keçirən seçkilərdə səsverməni demorkatiyanın zəfəri adlandırıb.